Sumqayıtda tapança və patronları TAPILDI

11:34 14.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda tapança və patronları tapılıb.

Hafta.az xəbər verir ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt yaşayış massivi ərazisindən 1 ədəd "Makarov" tipli tapança, ona aid 1 ədəd sandıq və 8 ədəd patron aşkar edilib.

 

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.